Çinin Çzyansu vilayətində yerli sakinlərdən birində H10N3 quş qripi ştammına yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir kmi, virusa yoluxan şəxs vilayətin 43 yaşlı sakinidir. Belə ki, 23 aprel tarixində adı açıqlanmayan şəxsin hərarəti qalxıb. Digər simptomlar ortaya çıxdıqdan beş gün sonra xəstənin vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.
28 may tarixində xəstədən alınan nümunələrin cavabında H10N3 virusu aşkar olunub. Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarətinə alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib.