Türkiyəli məşhur aparıcı və aktrisa Seren Serengil fotoşoplu şəkilləri ilə gündəmdən düşmür.
Unikal.org xəbər verir ki, dempinq sindromundan əziyyət çəkən aparıcı sürətlə arıqlaması da gözdən yayınmayıb. Belə ki, 48 kilo çəkisində olan Seren istirahət zamanı çəkdirdiyi fotoya fotoşop verərək, özünü kök göstərməyə çalışıb. Həmin fotonu sosial media hesabında paylaşan Seren fərqi hiss edincə silib. Lakin fotoşoplu foto izləyicilərin diqqətdin qaçmayıb.