Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Dünya Tay çi çuan və Qigong  Gününə həsr olunmuş  onlayn  seminar  keçirib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan Tay çi çuan -  Çin döyüş sənətinin və müxtəlif sağlamlıq gimnastikasının ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal sistemi olmasından danışıb. О, Konfutsi İnstitutunun Tay çi çuan dərnəyinin işindən danışıb. Bu döyüş sənətinin əsas prinsipi olan “zəiflərin güclü üzərində üstün olduğu zaman” texnikasının xüsusiyyətlərindən, fərdi üslub və formalarından bəhs edir.

Unikal.org xəbər verir ki, R. Abbasov, eyni zamanda bu yaxınlarda ADU-da Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Men Tay çi çuan və təkbətək döyüş sənətinin Vu Şu əsasları mövzusunda ustad dərsləri keçdiyindən bəhs edib. O, evdə, karantin şəraitində aktiv fiziki formanın saxlanılmasının vacibliyini qeyd edərək, Tay çi çuan gimnastikası üzrə videodərslərin keçirilməsini qeyd edib.
Seminarda  çıxış edən Konfutsi İnstitutunun mütəxəssisi  Nigar Qocayeva Tay çi çuan növlərindən, Qigong sağlamlığı yaxşılaşdırmaq üçün təlimlər kompleksi sağlamlığa faydalarından danışıb. N. Qocayeva eyni zamanda Qigongun - bədən, duyğu və ağılla əlaqəli möhtəşəm  bir uyğunluq təşkil etdiyini insanda birlik, balans və harmoniya kimi prinsipləri inkişaf etdiyindən bəhs edib.
Sonda Konfutsi İnstitutunda İstehsalat təcrübəsi keçən çinşünas tələbələr Tay çi çuan haqqında öz  biliklərini bölüşüblər.