Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar bu il Həcc ziyarətini 60 min zəvvarla məhdudlaşdırmaq barədə qərar verib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə İşləri Nazirliyi açıqlama yayıb.
Qərara əsasən, Kəbəni yalnız ölkənin peyvənd olunmuş vətəndaşları ziyarət edə biləcək. Zəvvarlar 18-65 yaş arasında olmalı və hər hansı xroniki xəstəliklərdən əziyyət çəkməməlidirlər.
Məlumatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı hər zaman zəvvarların təhlükəsizliyinə, sağlamlığına böyük əhəmiyyət verir və bunu vacib prioritet hesab edir. Bu qaydalar da eyni məqsədlə qəbul edilib.