Sabirabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Kovlar kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin arxa aşması zamanı iki nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.