Füzuli rayonunda yol qəzası olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da saat 17 radələrində rayonun Kərimbəyli kəndi ərazisində Əhmədalılar kənd sakini Razi Behbudov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.