"Hakimiyyət mövcud kursuna davam edərsə, il yarımdan sonra yenidən erkən parlament seçkiləri keçiriləcək".
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.
"Erkən seçkilər siyasi böhrandan çıxmaq üçün keçirilir. Amma bu, Ermənistanda baş vermədi Bu, niyə məğlub olduğumuz, beş min insanın niyə öldüyü, Şuşa və Hadrutun necə itirildiyi suallarına cavab almayacağımız deməkdir".