ABŞ-ın Los-Anceles şəhərində beynəlxalq hava limanınında qeyri-adi hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, "United Express" təyyarəsi havaya qalxarkən 33 yaşlı Meksika vətəndaşı özünü hava nəqliyyatından atıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Belə ki, Los-Anceles şəhər məhkəməsi meksikalı barəsində cinayət işi açıb. Onun uçuş heyətinə və sərnişinləri panikaya saldığı üçün 20 il müddətində azadlıqdan məhrum edilməsi düşünülür.