Kanadanın yeni general-qubernatoru Meri Saymon olub.

Unikal.org  xəbər verir ki, bu məlumatı Kanada baş naziri Castin Trudo paylaşıb. Trudo Saymonun təyinatına Britaniya kraliçası II Yelizavetanın razılıq verdiyini bildirib.

Qeyd edək ki, Saymonun 73 yaşı var və Kanadanın yerli xalqlarından olan inuitlərin nümayəndəsidir.