Rusiyanın Tümen şəhərində naməlum şəxs tərəfindən “Sberbank” filialının 3 işçisi girov götürülüb.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“İlkin məlumata görə, Tümendəki beşmərtəbəli binanın birinci mərtəbəsindəki “Sberbank” filialı ələ keçirilib. Üç işçi girov saxlanılır. Məlumat dəqiqləşdirilir”, - deyə agentlik yazıb.