Türkiyənin Adıyaman ərazisində qohumlar arasında düşən dava ölümlə nəticələnib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yolda qarşılaşan iki əmioğlu arasında mübahisə yaşanıb. Daha sonra Orxan C. adlı şəxs Həsən C.-i bıçaqlayıb.
Hadisə nəticəsində Həsən C. aldığı bıçaq zərbələrindən yerindəcə həyatını itirib. Orxan C. isə hadisə yerindən qaçıb. Lakin qohumların davası ərazidəki müşahidə kameralarına əks olunub.
Polis Orxan C. axtarışına başlayıb.