Nigeriyanın Katsina əyalətinin Tsauva kəndinə silahlı basqın edilib.
Unikal.org xəbər verir ki, motosikletlə kəndə hücum edən naməlum şəxslər 18 nəfərin həytına son qoyub. Hadisə nəticəsində şəxslər kəndlilərin, qida anbarlarını yandıraraq, onların qoyun və mal-qaralarını əllərindən alıblar.
Əraziyə polis qüvvələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.