Haiti Prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Martine Mouse də sui-qəsd nəticəsində aldığı yaralardan ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə Haiti mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
***
14:30
Haiti prezidenti Covenel Moise evində güllənərək öldürülüb.
Unikal.org “Deutshce Welle” nəşrinə istinadən xəbəer verir ki, bu barədə baş nazir vəzifələrini yerinə yetirən Klod Cozef məlumat verib.