Türkiyənin paytaxt şəhəri Ankarada dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Öznur Aydın adlı qadın 23 yaşlı qızı Məryəm Aksak ilə mübahisə edib. Mübahisə sonrası qadın ərinin silahı ilə qızını və onun iki nəvəsini güllələyib. Daha sonra isə o, həmin silahla intihara cəhd edib.
Silah səslərindən sonra əraziyə qonşuların bildirişi ilə polis cəlb olunub. İntihara cəhd edən qadın polis tərəfindən saxlanılıb. O, cinayəti törətdiyi üçün psixoloji sarsıntı keçirərək, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.