Taliban Əfqanıstanın şimal-qərbində yerləşən Badqis vilayətinin mərkəzi olan Kalayi-Nau şəhərinə hücuma başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda döyüşlər şəhər ətrafında gedir. Taliblərin polis və kəşfiyyat idarələrinin qərargahlarını ələ keçirdiyi vurğulanıb.
Qeyd edək ki, az öncə Əfqanıstan hökuməti ilə Taliban arasında İranda danışıqlar başlayıb.