Türkmənistanın Səhiyyə Nazirliyi ölkədə koronavirus əleyhinə vaksinləşmənin məcburi olmasına qərar verib.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, Türkmənistanda 18 və yuxarı yaşda olan bütün vətəndaşlar məcburi şəkildə COVID-19 əleyhinə peyvənd olunacaq.
Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, yalnız 18 yaşdan aşağı şəxslər və sağlamlıq problemi olanlar bu qərardan azad ediləcək.
Şimali Koreya kimi Türkmənistanda da heç bir rəsmi yoluxma və ölüm faktı qeydə alınmasa da maska taxmaq və vaksinləşmə kimi qaydalar tətbiq edilir.
Qeyd edək ki, bir qədər əvvəl Tacikistan da koronavirus əleyhinə peyvənd olunmanı məcburi edib.
Ağarza Elçinoğlu