Suriyada məcburi şəkildə  evləndirilən qız öldürülüb. 

Unikal.org xəbər verir ki,  hadisə  Hasakah şəhərində qeydə alınıb. Belə ki, əmisi oğlu ilə məcbur şəkildə evləndirilən 18 yaşlı qız ailəsi  tərəfindən kənd əhlinin qarşıısnda güllələnib.  

Gənc qız  ailə  adət-ənənələrinə etiraz edərək, evlənmək istəmədiyini bildirib.  Hətta  o, sevgilisi olduğunu da dilə gətirib.  Bundan sonra qız  hər kəsin gözü qarşısında döyülərək, güllələnib.  

Sosial  mediada paylaşılan görüntülər  hər kəsin narazılığına səbəb olub.