Gürcüstanda ötən sutkada daha 1 108 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 714 nəfər sağalaraq evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində 7 yeni ölüm halı qeydə alınıb.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 374 836 nəfərdə aşkarlanıb, onların 357 804-ü sağalıb, 5 421-i vəfat edib.