Mütəxəssislər son 20 ildən bu yana qlobal istiləşmə ilə əlaqədar hər il 5 milyon insanın öldüyünü təyin edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qlobal istiləşmə Yerin orta temperaturunu durmadan artırır. Nəticədə buzlaqlar tədricən yox olur və Yer kürəsi təhlükəyə doğru irəliləyir.
Dünya Meteoroloji Bürosu bildirib ki, 2020-ci ildə dünya 2016 və 2019-cu illərdən sonra üçüncü ən isti ilini yaşayıb.
Dünyada hər il 5 milyon insan qlobal istiləşmənin səbəb olduğu temperatur artımı səbəbilə ölür.
Monaş universitetinin professoru Yuming Quo bildirib ki, gələcəkdə qlobal istiləşmə nəticəsində ölüm halları daha da artacaq:
"Gələcəkdə soyuqdan ölümlər azalmağa davam edəcək, ancaq istiləşmə nəticəsində ölümlər artmağa davam edəcək. Artıq Avropada temperaturla bağlı ölümlərdə ümumi bir artım yaşanır. İqlim dəyişikliyini ələ almaq üçün hər hansı bir tədbir görülməsə daha çox ölüm görəcəyik".
Ağarza Elçinoğlu