Amerikanın məşhur "Microsoft" şirkəti işçilərinə pandemiya dövründə çalışdıqları üçün 1500 dollar mükafat ödəyəcək.

Unikal.org xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb. Şirkətin kadrlar şöbəsinin müdiri Katlin Xoqanın sözlərinə görə, hazırda həm ABŞ-da, həm də xaricdə çalışan işçilər mükafat alırlar.

Qeyd edək ki, hazırda şirkətin dünya üzrə 175.508 əməkdaşı var. Ümumilikdə isə "Microsoft"un bonuslara təxminən 200 milyon dollar xərcləyəcəyi bildirilir.