İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 146 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 85 543 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 16 596 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 344 122 nəfərə çatıb.