İngiltərədə bir qadın xəstəliyi bəhanə edərək işdən icazə alıb.

Unikal.org xəbər verir ki, yalandan xəstə olduğunu deyən qadın işdən icazə alaraq İngiltərə - Danimarka oyununa gedib.  İngiltərənin vurduğu qoldan sonra sevincini sosial şəbəkədə paylaşan 37 yaşlı Nina Fəraqinin müdiri onu kameralarda görəndən sonra işdən qovub. 

İşdən qovulandan sonra "Teleqraf" qəzetinə danışan Nina, futbolun onun həyatı olduğunu və İngiltərənin finala yüksəlməsi üçün çox sevindiyini bildirib.

O, işdən qovulduğu üçün qismən məyus olsa da deyir ki, oyunu izləməyə getməsəydi daha çox üzüləcəkdi.

Ağarza Elçinoğlu