Tailand hökuməti koronavirus pandemiyası ilə əlaqədar paytaxt Banqkokda və əyalətlərdə komendant saatı tətbiq edir.
Unikal.org-un məlumatına görə, ölkədə iyulun 12-dən başlayaraq iki həftə müddətinə sərt məhdudiyyətlər tətbiq olunur.
Bu müddət ərzində bütün ticarət mərkəzləri və bir sıra mağazalar, bağlanacaq, ictimai nəqliyyatın iş müddəti azaldılacaq, işçilər maksimum səviyyədə distant rejimə keçiriləcək.
Komendant saatı saat 21:00-dan 04:00-dək davam edəcək.
Qeyd edək ki, bu günədək Tailandda 317 mindən çox şəxs koronavirusa yoluxub, 2 534 nəfər ölüb.