Ermənistanda karantin rejimi 20 dekabradək uzadılıb.
Unikal.org xəbər verir ki, Ermənistan hökuməti bu qərarın koronavirusun müxtəlif ştamlarının ölkədə yayılmasının qarşısını almaq məqsədilə verildiyini açıqlayıb.
Ermənistan Nazirlər Kabinetindən o da bildirilib ki, ölkədə pandemiya ilə əlaqədar vəziyyət hazırda sabit olsa da, davamlı monitorinqlər zamanı profilaktik tədbirlərin görülməsi, məhdudiyyətlərin yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər.