İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 151 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 85694 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində11664 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3355786 nəfərə çatıb.