“Pfizer” və “BioNTech” şirkətləri koronavirusun “Delta” ştammı üçün öz peyvəndlərini təkmilləşdirmək qərarına gəliblər.
Unikal.org xəbər verir ki, bu barədə şirkətlərin yaydığı birgə bəyanatda bildirilib. Sənəddə qeyd olunur ki, yeni vaksinin ilk partiyası artıq hazırdır və onun sınaqlarına avqust ayında başlanıla bilər.
Həmçinin, bəyanatda yeni vaksinin hazır olmasınadək, COVID-in müxtəlif variantlarına qarşı ən etibarlı müdafiə üsulu kimi mövcud peyvəndin üçüncü dozasının vurulması göstərilir.