Yeni istilik dalğası Şimali Kaliforniyanın qərbini əhatə dairəsinə alıb.

Unikal.org qərb mətbuatına istinadən xəbər verir ki, anomal istilər səbəbilə baş verən yanğınları söndürmək hələ ki, mümkün olmayıb.

Ölkənin milli proqnozlar bürosunun verdiyi məlumata görə, dünən Kaliforniyanın cənub-şərqində istilik 53 dərəcəyə çatıb.

9 iyul tarixində istilik 54 dərəcə olub ki, bu da bölgədə 57 dərəcə selsidən sonra qeydə alınan ən yüksək temperaturdur. Mövcud hava şəraiti iyul ayında ölçülən ən yüksək göstərici hesab olunur.

Bölgədə baş verən yanğınlar hələ də davam edir. İlin ən böyük meşə yanğı Nevada ştatında qeydə alınıb.

Qeyd edək ki, Kaliforniyanın cənubunda da oxşar hallar yaşanır. Belə ki, dünən qeydə alınan istilik ölçüsü 49 dərəcə olub. Bu, bölgədə müşahidə olunan dördüncü rekorddur.

Mütəxəssislər isə iqlim dəyişikliyi səbəbindən bu kimi halların daha da artacağını deyirlər.

Ağarza Elçinoğlu