Türk kinosunun məşhur simalarından biri olan Aydemir Akbaş, mirasını fanatı olduğu kluba bağışlamağa qərar verib.
Unikal.org xəbər verir ki, "Kolpaçino" filmindəki roluna görə müvəffəqiyyət qazanan aktyor, sərvətinin Galatasaraya qalacağını bildirib:
“Sərvətim elə də çox deyil, amma mirasımı Qalatasaraya bağışlayacağam”.
Qalatasaraya olan sevgisini heç vaxt gizlətməyən Akbaş, "klubum üçün həyat yoldaşımdan da boşanaram" – sözlərini deməkdən çəkinməyib.
Ağarza Elçinoğlu