Rusiyada 13 yaşlı oğlan körpə bacısını binadan atıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Moskvanın Levoberejnaya küçəsindəki hündür mərtəbəli binalardan birinin yaxınlığında yeni doğulmuş bir qızın cəsədi tapılıb.

Polislər hadisənin onun qardaşı tərəfindən törədildiyini müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğlan autizmdən əziyyət çəkir.