İşğaldan azad olunan Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb. Unikal.org “Sputnik Armenia”ya istinadən bildirir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib. Qalıqları tapılan ermənilər Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, işğaldan azad olunan Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistan tərəfinə təhvil verilib.