Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti ikitərəfli əməkdaşlığa dair Anlaşma memorandumu ilə bərabər, daha bir sənədə - tələbə mübadiləsinə dair razılaşma müqaviləsinə  imza atıblar.

Unikal.org xəbər verir ki, uyğun sənəddə tələbə mübadiləsi, birgə təhsil proqramları və tədqiqat layihələrinin genişləndirilməsi təklifləri əksini tapıb. Anlaşma memorandumunun şərtlərinə əsasən tərəfdaş universitetlər 2021/2022-ci tədris ilindən tələbə mübadiləsinə başlayacaqlar. Həmçinin, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti əməkdaşlığın digər formalarını da inkişaf etdirməkdə maraqlıdır.