“Taliban” hərəkatı Dohada (Qətərdə) keçirilən danışıqlarda iştirak edən Əfqanıstan nümayəndə heyətinin nümayəndəsinin rəmi Kabilə atəşkəs təklifi olunması ilə bağlı bəyanatı təkzib edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli telekanallardan biri məlumat verib.

“Bu iddia həqiqəti əks etdirmir”, - deyə “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan hakimiyyəti tərəfindən danışıqlarda iştirak edən Nader Naderi “Taliban” hərəkatınının 7 min məhbusun azad edilməsi qarşılığında üç aylıq atəşkəs təklif etdiyini açıqlayıb.