Meksikada yaşayan 23 yaşlı fenomen bodibilder Odalis Santos Mena ölüb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, tez-tez tərləməsindən şikayətlənən idmançı əməliyyat olunmaq qərarı alıb.
Əməliyyat zamanı heç bir təhsili olmayan şəxs tərəfindən anesteziya verilən idmançının ürəyi dayanıb. Həkimlərin bütün səylərinə baxmayaraq onu xilas mümkün olmayıb.