Almaniyanın qərb bölgəsindəki güclü daşqınlarda həyatını itirənlərin sayı ən az 81-ə çatıb.

Unikal.org "Reuters"-ə istinadən xəbər verir ki, Köln şəhərinin cənubundakı Ahrveiler bölgəsində təxminən 1300 nəfər itkin düşüb. 

Bildirilir ki, daşqından əziyyət çəkən bəzi bölgələrdə mobil telefon şəbəkələri çöküb. Daşmış çaylar şimali Ren-Vestfaliya və Reynland-Pfalz əyalətlərindəki şəhər və kəndləri su altında qoyub, adıçəkilən və digər əraziləri xarabalığa çevirib. 

Bir çox insanın hələ də uçma təhlükəsi olan evlərdə olduğu və çox sayda itkin düşdüyünü söylədi. Qəza nəticəsində qapalı qalan insanlara çatmağa çalışarkən qaz sızması xilasetmə işçilərini daha da çətinləşdirirdi.

Şimali Ren-Vestfaliya parlamenti bu gün təcili iclas keçirəcək. Almaniyanın Daxili İşlər Naziri Horst Seehofer mətbuata verdiyi açıqlamada bildirib ki, federal hökumət zərər çəkmiş bölgələrə mümkün qədər tez maliyyə dəstəyi verməyi hədəfləyib. 

Ağarza Elçinoğlu