Əfqanıstanın “Taliban” qruplaşması ilə atışması zamanı “Reuters” agentliyinin fotomüxbiri Daniş Siddikui öldürülüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, öldürülən jurnalist son günlərdə regionda baş verənləri işıqlandırıb.
Qeyd edək ki, Daniş 2018-ci ildə Myanmada qovulan roxinca qaçqınlarına həsr etdiyi “Bədii fotoqrafiya” nominasiyasına görə Pulitzer mükafatına layiq görülüb. Mükafatın məbləği 15 min dollardır.