Türkiyənin Diyarbakır əyalətinin Ergani rayonunda 4 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, təbii fəlakət ətraf əyalətlərdə də hiss edilib. Zəlzələnin ocağı 13,8 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində itkilərin, xəsarət alan və dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.