Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:

"Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub".

Sərnişinlərin təxliyəsi üçün artıq "Mi-8" helikopteri xilasedicilərlə əraziyə enib.

Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb. 

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

15:04

Rusiyanın Sibir bölgəsində "An-28" tipli təyyarə radardan itib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 17 sərnişini olan təyyarənin Sibirin Tomsk şəhəri üzərində olarkən radardan itdiyi məlum olub. 

Hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, keçən həftə də Rusiyada sərnişin daşıyan "AN-26" tipli təyyarə radarlardan itərək qəzaya uğramışdı. 

Ağarza Elçinoğlu