"Bu gün çox həyəcanverici bir vəziyyət yaranıb. Dünyada uşaqlar arasında xəstəliyə yoluxma nisbəti yüksəkdir və təəssüf ki, biz də geri qalmırıq. Təkcə bu gün təxminən 38 uşaq yoluxma ilə qeydiyyata alındı".
Unikal.org xəbər verir ki, barədə qazaxıstanlı tibb elmləri doktoru, yüksək kateqoriyalı pediatr Sagira Abdraxmanova açıqlama verib.
O, qeyd edib ki, Qazaxıstanda 2021-ci ilin əvvəlindən bu günə kimi 31 572 uşaqda COVID-19 aşkarlanıb:
Son bir ayda Qazaxıstanda xeyli uşaq xəstələnməyə başlayıb, onların təxminən 50 %-i xəstəliyi simptomsuz keçirib.
Həkimin sözlərinə görə, kəskin infeksiya baş verməsinin əsas səbəbi uşaqların maskasız qalması və bir-biriləri ilə sıx təmasda olması ilə əlaqədardır. Bundan əlavə, yeni ştammlar immunitet sistemini “aldatmaq” qabiliyyətinə malikdir. Belə ki, immun hüceyrələr infeksiyanı vaxtında aşkar edə bilmir və bu səbəbdən onun mübarizə aparmaq qabiliyyətini itirir.