"Çin hökuməti COVID-19 virusunun Uhan şəhərinə laboratoriyadan sızıntı nəticəsində yox, dondurulmuş ərzaqda kənardan gətirilməsi ehtimalının geniş tədqiq olunmasının vacib olduğu qənaətindədir".
Unikal.org xarixi KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.
“Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatı və Baş direktor Tedros Adhanom Gebreyesus tərəfindən koronavirusun mənşəyinə dair tədqiqatların ikinci mərhələsinin hazırlanmasını öyrənib. Bu sənədin layihəsini araşdırırıq. Bu məsələyə dair mövqeyimiz dəyişməzdir, bütün tərəflər alimlərin rəyinə hörmət etməli və koronavirusun mənşəyi məsələsini siyasiləşdirməməlidir”, - deyə o qeyd edib.
XİN rəsmisi hesab edir ki, məhz dondurulmuş məhsullarla bağlı mülahizə tədqiqatın ikinci mərhələsində başlıca yer tutmalıdır.