Rusiyada bir neçə gün bundan öncə 26 yaşlı qız 12 il əvvəl başına gələn təcavüzlə bağlı polisə müraciət edib.
Unikal.org rus KİV-lərinə istinadla bildirir ki, Alsu adlı qız polisə etirafında uzun illər bununla bağlı heç kimə heç nə danışmadığını deyib. Belə ki, qız 14 yaşında Rusiya Bədii Sənətlər Akademiyasının tələbəsi olanda 53 yaşlı müəllimi tərəfindən təcavüzə məruz qalıb. O, bunun iki il davam etdiyini vurğulayıb. Hazırda 65 yaşı olan müəllim yenə də həmin akademiyada çalışır.
Qeyd edək ki, hadisənin üstündən 12 il keçsə də, polis artıq araşdırmaya başlayıb.