Ermənistanda əsgər xidməti silahı ilə özünü ölümcül yaralayıb.
Unikal.org Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Artur Kazaryan odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Məlumatda deyilir ki, insidentə səbəb A.Kazaryanın silahla davranış qaydalarını pozması olub.
Faktla bağlı araşdırma aparılır.