Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 187 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 227 298-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 559 nəfərə çatıb.