Fransanın PSJ klubunun yeni transferi Əşrəf Hakimi koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
22 yaşlı futbolçu COVİD-19 testinin pozitiv çıxması səbəbindən komanda ilə məşqlərdə iştirak edə bilmir. Mərakeşli oyunçunun nə vaxta kimi karantində qalacağı bilinmir.
Qeyd edək ki, Hakimi iyulun 7-də İtaliya “İnter”indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.