Türkiyənin Antalya şəhərində bazarda mübahisə edən şəxslərin sonu xəstəxanada qurtarıb.
Unikal.org xəbər verir ki, alış-veriş zamanı gənc oğlanla kişi arasında mübahisə yaşanıb. Belə ki, onlar arasında mübahisə dava ilə nəticələnib. Maraqlısı budur ki, dava edən şəxsləri heç kim ayırmayıb. Lakin hadisədən xəbərdar olan kişinin arvadı davaya qarışıb. O, ərini döyən gənc oğlanı yumruqlayaraq, xəstəxanalıq edib.
Həmin anlar müşahidə kameralarına əks olunub. Qadının ərini qoruması isə Türkiyə mətbuatında gündəm yaradıb.