Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul etməyə hazırlaşır.
Unikal.org xəbər verir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki ziyarətçilərinin yarısını və ya gündəlik 13 000 ziyarətçi qəbul edəcək.
Fransanın mədəniyyət və əyləncə mərkəzlərində olduğu kimi, iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də bəzi sənədlər tələb olunacaq.
Artıq 9 aydır bağlı qalan qüllə, 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.