Tokiodakı Olimpiya kəndində ilk koronavirusa yoluxma halları aşkar edilib.

Unikal.org xəbər verir ki, yoluxan üç nəfərdən ikisi futbol üzrə CAR millisinin üzvləri, digəri isə yığmanın videoanalitikidir.

Hazırda onların qaldıqları hotel nömrələrində təcrid olunduqları bildirilib.

Qeyd edək ki, məlumatları CAR Futbol Federasiyası da təsdiqləyib.