Yaponiyada 30 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb.
Unikal.org xəbər verir ki, saxlanılan şəxs Tokio Milli Stadionu ərazisində qadını zorlamaqda ittiham olunub.
Bildirilib ki, adıçəkilən özbəkistanlı Olimpiadanı işıqlandıran KİV nümayəndələrini qida ilə təmin edən şirkətin nümayəndəsidir.
Qeyd edək ki, Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri məhz həmin arenada keçiriləcək.