Əfqanıstanın cənubundakı Helmənd əyalətinin Qərmsir qəzası Taliban hərəkatının dəstələrindən azad edilib.

Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi sözçüsü Fəvad Aman “Twitter” hesabında paylaşım edib. Əfqanıstan Milli Ordusu tərəfindən keçirilmiş əməliyyat zamanı 20 talibançının öldürüldüyü, onlarla yaralının olduğu, xeyli miqdarda silah və hərbi ləvazimatın ələ keçirildiyi qeyd edilib.