Rusiyanın Leninqrad vilayətində tərk edilmiş bağ evində yeraltı həbsxana və krematoriya aşkarlanıb.  

Unikal.org “47news”a istinadən xəbər verir ki, bağ evinin sonuncu sahibi Mkrtçyan adlı eməni olub. Lakin o, sonradan soy adını Eskobara dəyişib. 

Belə ki,  həbsxanada təhlükəsizlik məntəqəsi, barmaqlıq, dayanacaq var və kameralar xüsusi həbsxana kilidləri ilə bağlanıb. Giriş adi qaraj qapılarına bənzədilib. Oradan həbsxanaya keçid hidravlik tənzimlənən beton plitə ilə açılır.