Belarus Prezidenti Aleksandr Lukaşenko Avropanın Minsk, Rusiya və Çinə qarşı hədəf aldığı hibrid müharibəsinin üçüncü dünya savaşına səbəb ola biləcəyini söyləyib.
Unikal.org xəbər verir ki, bu barədə Lukaşenko "Sky News Arabia"ya verdiyi müsahibədə bildirib.
"Bizə, Rusiyaya və hətta Çinə qarşı hibrid müharibə hədəfləyən avropalılar, yalnız güclü bir gərginlik ocağı yaratmırlar, eyni zamanda üçüncü dünya müharibəsinə doğru da gedirlər",-prezident deyib.